Çörək bazarında monitorinq aparılır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörək bazarında monitorinqlərə başlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinqlər Bakıda və ölkənin müxtəlif regionlarında aparılır. Monitorinqlər zamanı çörəyin qiymətində dəyişiklik faktları aşkarlanarsa, bunun səbəbləri öyrəniləcək.
Monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, noyabrın 19-dan etibarən Bakının bəzi ərazilərində çörəyin qiyməti bahalaşıb. Belə ki, artıq şəhərin əksər yerlərində 30 qəpiklik zavod çörəyi 40 qəpiyə satılır. Həmçinin son bir neçə gündə 50 kiloqramlıq unun da qiyməti 18-20 manatdan 24 manatadək qaldırılıb. Bəzi mağazalarda isə ümumiyyətlə, unun satışı dayandırılıb.
Elxan SALAHOV

Oxşar yazılar

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13