Gələcək dəmiryolçular üçün yeni dərslik - FOTO
Gələcək dəmiryolçular üçün “Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar –cavablar və özünü yoxlama testləri” adlı yeni dərs vəsaiti işıq üzü görüb. Dərsliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov və Azərbaycan Texniki Universitetinin (ATU) professoru Səyavuş Bağırov birgə hazırlayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin əməkdaşı Vasif Süleymanov Lent.az-a bildirib ki, kitab ali təhsilin bakalavr və magistr pillələri üçün “Dəmir yolu ümumi kurs” fənnindən əlavə vəsait kimi çap olunub. Onun sözlərinə görə, Səhmdar Cəmiyyətin sədri Arif Əsgərovun elmi redaktoru olduğu dərsliyə ATU-nun dosenti R. M. Məmmədov və “Azərbaycan Dəmir Yolları”nın baş mütəxəssisi H. Ə. Quliyev rəy verib.
Kitabda dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar və cavablar öz əksini tapıb. Testlər müvafiq olaraq, “Daşıma proseslərini idarəetmə”, “Lokomotiv və lokomotiv təsərrüfatı”, “Yol təsərrüfatı və onun istismarı”, “Dəmir yolunun elektrik təchizatı və elektromexaniki sistemləri”, “İşarəvermə və rabitə sistemləri”, “Vaqon təsərrüfatı”, “Sərnişin daşıma təsərrüfatı”, “Dəmir yolu nəqliyyatında texniki qurğular və tikililər”, “Dəmir yollarının təhlükəsizliyi” bölmələrində yerləşdirilib.
“Dəmir yolu nəqliyyatı üzrə ümumi yoxlama testləri” adlanan sonuncu bölmədə dünyada dəmir yolu nəqliyyatının yaranma tarixindən tutmuş bugünkü texniki yeniliklərə qədər bütün sahələr əhatə olunub və ayrıca cədvəldə testlərin düzgün cavabları verilib.
Elxan SALAHOV

1291