Dövlət büdcəmiz nə dərəcədə açıqdır?
“Beynəlxalq Büdcə Layihəsi” təşkilatı (IBP) dünyanın 94 ölkəsi üzrə “Açıq Büdcə İndeksi”ni (ABİ) hazırlayıb. İndeks ölkələrdə seçilmiş yerli tərəfdaş təşkilatlar tərəfindən aparılan sorğuların nəticəsində müəyyən edilir. Bu gün Milli Büdcə Qrupunun ekspertləri Azərbaycan da büdcə məlumatlarına əlçatanlıq vəziyyətini özündə əks etdirən nəticələri açıqlayıb.
Lent.az-ın məlumatına görə, Milli Büdcə Qrupunun eksperti eksperti Kənan Aslanlı deyib ki, indeks 123 sual və 8 vacib büdcə sənədini əhatə edən sorğuya cavablardan ibarətdir. Sorğunu Azərbaycanda Milli Büdcə Qrupunun (MBQ) üzvü olan İctimai Vəsaitin Monitorinqi Mərkəzi (İVMM) aparır. Onun sözlərinə görə, Azərbaycanın mövqeyinin ABİ üzrə göstəricilərdə bir neçə ildə irəliləməsinə baxmayaraq, büdcə məlumatlarının açıqlığı üzrə ölkəmiz regionda yalnız Qazaxıstan və Qırğızıstandan irəlidədir.
Kənan Aslanlı bildirib ki, Azərbaycanda 8 əsas büdcə sənədindən 6-sı müxtəlif dərəcədə ictimailəşir. Lakin dünya standartlarında mühüm sayılan 2 sənəd – “Büdcə öncəsi bəyanat” və “Vətəndaş büdcəsi” ümumiyyətlə, dərc olunmur. Bu boşluğu isə Milli Büdcə Qrupu “Vətəndaşın büdcə bələdçisi” nəşrləri vasitəsilə qismən doldurmağa çalışır. Onun sözlərinə görə, 2010-cu il göstəricilərinə əsasən, Azərbaycan “Açıq Büdcə İndeksi”ndə 100 mümkün baldan 43 bal toplayıb. Bu, ABİ-2010 üzrə orta səviyyədən (42 bal) 1 bal və neft-qaz gəlirlərindən asılı 24 ölkənin orta səviyyəsindən (26 bal) 17 bal çoxdur.
Xatırladaq ki, Azərbaycan ABİ-2010 üzrə 94 ölkə arasında 52-ci yeri, ABİ-2008 üzrə 85 ölkə arasında 50-ci və ABİ-2006 üzrə 59 ölkə arasında 45-ci yeri tutmuşdu. Azərbaycanın mövqeyindəki irəliləyişin bir sıra səbəbləri kimi Hesablama Palatasının internet səhifəsində dövlət büdcəsi və DSMF-nin büdcəsi üzrə qanun layihələrinə rəylərin intensiv şəkildə yerləşdirilməsi (http://ach.gov.az/?/az/content/168/), büdcə zərfində dövlət büdcəsinin izahatının bir qədər detallaşdırılması, vergi daxilolmalarında neft və qeyri-neft sektoru bölgüsünün aparılması, Maliyyə Nazirliyinin 2008 və 2009-cu illərdə bir neçə dəfə dövlət büdcəsinin icrası ilə bağlı aralıq hesabat açıqlaması göstərilir.
Ekspertlər hesab edirlər ki, ABİ üzrə Azərbaycanın mövqeyində irəliləyiş olsa da, büdcə şəffaflığı və büdcə sənədlərinin açıqlığı baxımından əsas problemlər həll olunmayıb. Bunların arasında dövlət büdcəsi layihəsinin parlamentdə yalnız iki oxunuşdan keçməsi, qonşu ölkə olan Gürcüstanda işləyənlərin sayı Azərbaycandan iki dəfə az olduğuna və gəlir vergisinin təxmini eyni olduğuna baxmayaraq, büdcəyə həmin vergilərdən ötürülən məbləğ hər iki ölkədə eyni səviyyədə olması qeyd olunur.
Milli Büdcə Qrupu Azərbaycanın göstəricilərinin yaxşılaşdırılmasına nail olmaq məqsədilə Maliyyə Nazirliyinin nümayəndələri ilə detallı təklif paketinin müzakirəsini əhatə edən işçi görüşün keçirilməsini təklif edib.
Elxan SALAHOV

1049