Seda Sayanın  dodaq uçuqladan   var-dövləti: Onun kirayə gəlirləri isə...
07 avqust 2025 15:51 (UTC +04:00)

Seda Sayanın dodaq uçuqladan var-dövləti: Onun kirayə gəlirləri isə...

Səhnədəki uğurları, şəxsi həyatındakı cəsarətli addımları və yeddi evliliyi ilə tez-tez gündəmə gələn Seda Sayan bu dəfə ağlasığmaz dərəcədə böyük varidatı ilə müzakirə olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, sənətçinin yalnız İstanbulda 30-a yaxın mənzil və dükanı var.

Böyük Britaniyanın paytaxtı Londonda və ABŞ-ın məşhur şəhərlərindən biri olan Mayamidə də evləri, həmçinin Bodrumda 3 lüks villasının olduğu bildirilir.

Karyerası qədər maliyyə addımlarında da strateji hərəkət edən sənətçi, uzun illərdir qazancını daşınmaz əmlakla dəyərləndirən məşhurlar arasında zirvədə yer alır.

İddialara görə, İstanbul, London, Mayami və Bodrumda çoxsaylı daşınmaz əmlaka sahib olan sənətçinin aylıq kirayə gəliri 500 min lirədən çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar