Heyvanxanadan vətəndaşlara ÇAĞIRIŞ:  ev heyvanlarınızı yırtıcılara yedizdirməyə gətirin
07 avqust 2025 13:23 (UTC +04:00)

Heyvanxanadan vətəndaşlara ÇAĞIRIŞ: ev heyvanlarınızı yırtıcılara yedizdirməyə gətirin

Danimarkanın Olborqskiy zooparkı əvvəllər görünməmiş bir təşəbbüsə imza atıb. Xüsusi aksiya çərçivəsində vətəndaşlara ev heyvanlarını zooparka təhvil vermək təklif olunur. Bu heyvanlar daha sonra zooparkdakı yırtıcılara yem kimi istifadə olunacaq.

Bu barədə Lent.az xarici mediaya istinadən xəbər verir.

Aksiya çərçivəsində əsasən xırda ev heyvanları və bəzi digər kiçik ölçülü heyvanlar qəbul olunur. Zooparkın açıqlamasında deyilir ki, əgər hər hansı bir səbəbdən daha saxlaya bilmədiyiniz heyvanınız varsa, onu bizə bağışlaya bilərsiniz.

Zooparkın məlumatına görə, təhvil verilən heyvanlar əvvəlcə peşəkar baytar həkimlər tərəfindən “nəvazişlə yuxuya verilir” (yəni, ağrısız şəkildə öldürülür). Daha sonra bu heyvanların cəsədləri yırtıcı heyvanların bəslənməsi üçün istifadə olunur.

Zoopark rəhbərliyi bildirir ki, bu təşəbbüs təbii qida zəncirini təqlid etmək məqsədi daşıyır. Onların sözlərinə görə, bu proses vəhşi təbiətdəki ov davranışlarına bənzədilir.

Xüsusilə Avropa vaşağı (Avropa rysi) üçün ən sevimli “yeməklər” sayılan heyvanlar toyuqlar, dovşanlar və dəniz donuzlarıdır. Mütəxəssislərin sözlərinə görə bu yırtıcının ov təbiətinə uyğun, bütöv bir ov heyvanına ehtiyacı var.

Zoopark həmçinin çiyin hündürlüyü 147 sm-dən az olan atları da qəbul edir. Görünür, bu ölçüdəki atlar da zooparkın bəzi yırtıcı heyvanlarının menyusuna daxil edilir.

Bu qəribə və mübahisəli təşəbbüs Danimarkada geniş müzakirələrə səbəb olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar