“Azərenerji” qışa hazırlaşır
“Bakı İstilik Elektrik Mərkəzi”nin (İEM) 2010/2011-ci illərin payız-qış mövsümünə hazırlıq tədbirlərini demək olar ki, başa çatdırıb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, respublikanın elektrik enerjisi sistemində, o cümlədən İEM-də qışa hazırlıq yüksək səviyyədə həyata keçirilib. Belə ki, 16 saylı buxar qazanı əsaslı təmir olunub, 1 və 2 saylı boylerin qızma səthləri təmizlənib və təzyiq atlında yoxlanılıb. İstilik şəbəkə sistemində gedən-qayıdan və əlavə bəsləmə xətlərindəki sərfölçmə qovşaqları təftiş olunub və möhürlənib. 1-4 və 3-7 saylı şəbəkə nasosları armaturlarla birlikdə təmir olunub. Bundan başqa, boyler qurğusundakı 1-3 saylı kondensat nasosları da təmir edilib.
Qışa hazırlıq tədbirləri çərçivəsində 6 saylı 6/35/110 kilovoltluq yarımstansiyadakı 110, 6 və 35 kilovoltluq yağ açarları əsaslı təmir edilib. 35 kilovoltluq 1, 7 və 9 saylı hava xətlərinin yağ açarlarında isə cari təmir işləri görülüb. Stansiyadakı 80 meqavatlıq 6 saylı transformator, eləcə də 110 kilovoltluq yarımstansiyadakı 8 ədəd yağ açarı əsaslı təmir olunub.
Xatırladaq ki, bu gün Azərbaycanda energetiklərin peşə bayramıdır.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan nefti bahalaşdı
9 avqust 2025 , 08:36
Hazır mənzil axtaranlara əla xəbər: Nərimanovda köç-yaşa, 4 otaq mənzillər satışda - "Kristal!"
8 avqust 2025 , 14:46
Bakının bu ərazilərində işıq olmayacaq
8 avqust 2025 , 11:59
Azərbaycanda elektrik enerjisinə tələbat rekord həddə çatdı
8 avqust 2025 , 11:05
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47