Meyvələr soyuducu anbarlara yığılır
2009-cu ilin ikinci yarısı və 2010-cu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu (SKM) tərəfindən ümumi tutumu 70 min ton olan 23 soyuducu anbar kompleksinin tikintisinə 47,3 milyon manat güzəştli kredit ayrılıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, indiyədək regionlarda ümumi tutumu 36,5 min ton olan 12 soyuducu anbar kompleksi tikilib istifadəyə verilib. Ümumi tutumu 33,5 min ton olan 11 soyuducu anbar kompleksində isə tikinti işləri başa çatmaq üzrədir.
Nazirlikdə bildirirlər ki, artıq istifadəyə verilmiş meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbar komplekslərində meyvə və tərəvəzin qəbuluna başlanıb. Belə ki, “Qafqaz konserv” MMC, “Quba konserv” MMC və Quba-Xaçmaz iqtisadi rayonunda istifadəyə verilmiş soyuducu anbar komplekslərində meyvə qəbul edilir.
Xatırladaq ki, ötən illərdə SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə ümumi tutumu 25 min ton olan 8 soyuducu anbar kompleksinin yaradılmasına 15 milyon manat güzəştli kredit verilib. Bu komplekslərdən 5-in tikintisi başa çatdırılıb, digərlərində isə son tamamlama işləri aparılır.
Bundan başqa, fermer təsərrüfatlarından meyvə və giləmeyvənin tədarükünün və emalının stimullaşdırılması üçün Xaçmazda “Qafqaz konserv” MMC-yə 3 milyon, Qubada “Quba konserv” MMC-yə 750 min manat güzəştli kredit ayrılıb. İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, bu layihələrin icrası ildə 35 min ton meyvənin qəbuluna imkan yaradır. Bu isə əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi, ixrac imkanlarının genişlənməsi, ilin bütün fəsillərində tələbatın yerli məhsullar hesabına ödənilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Elxan SALAHOV

1177