Azərbaycanda 3 gəmi hərraca çıxarıldı
28 sentyabr 2010 17:33 (UTC +04:00)

Azərbaycanda 3 gəmi hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi 3 gəmini hərraca çıxarıb.


Lent.az-ın Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hərrac oktyabrın 26-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.

Hərraca aşağıdakı gəmilər çıxarılıb:


S/N

Gəminin adı

Tipi

İnşa tarixi

 Registr nömrəsi

 Start qiyməti(manatla)

 10% beh

1.

“Şair Vidadi”

“Sarmovski” tipli (layihə № 1557)

1976

762605

107143

10714

2.

“Xaqani Rüstəmov”

“Sarmovski” tipli (layihə № 1557)

1978

772861

96143

9614

3.

“Rəsul Rza”

“Sarmovski” tipli (layihə № 1557)

1972

722754

113683

11368



Hərracda iştirak etmək üçün hərrac komissiyasına hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd təqdim olunmalı, eyni zamanda 10% məbləğində beh Milli Bankda – 0132010004944 nömrəli hesaba köçürülməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar