Yeni investisiya layihələri elan edilib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlıq subyektləri üçün elan etdiyi müsabiqəyə təqdim olunan təkliflərin siyahısı artıq bəllidir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müsabiqənin nəticəsi olaraq, sahibkarlıq subyektləri tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna 8 təklif daxil olub. Bunlardan 3-ü Aran iqtisadi rayonunun, 1-i Gəncə-Qazax, 1-i Şəki-Zaqatala, 3-ü isə Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür. Bu gün fonda təqdim edilmiş təklif zərfləri sahibkarların, müvəkkil kredit təşkilatlarının və jurnalistlərin iştirakı ilə açılıb və həmin investisiya layihələrinin qiymətləndirilməsinə başlanıb.
İnvestisiya layihələrinin baxılması prosesi başa çatdıqdan sonra oktyabrın 5-də fond tərəfindən müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (meyvələrin qurudulması və ya konservləşdirilməsi) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələri elan ediləcək.
Bu gün keçirilən tədbirdə intensiv bağçılığın, o cümlədən tingliliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üzrə investisiya layihələrinə tələblərdən də danışılıb. Bildirilib ki, sahibkarlıq subyektlərindən müvəkkil kredit təşkilatları vasitəsilə təkliflərin qəbulu oktyabrın 21-də başa çatacaq. Oktyabrın 25-də isə təklif zərfləri açılacaq. Təqdim edilmiş investisiya təkliflərinə fondda baxılacaq və maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələr noyabrın 10-da elan olunacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28