Azərbaycan silahları CAR-da nümayiş etdiriləcək
Bu gün müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək “AAD-Afrika Aerospace Defence-2010” Hərbi Hava Qüvvələri və Müdafiə Təyinatlı Məmulatların beynəlxalq sərgisində iştirak edəcək. Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərgi sentyabrın 25-dək davam edəcək.
Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 60-dan artıq müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək. Buraya yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif qatlı çap lövhələri və digər məmulatlar daxildir.
Sərgi zamanı nazir Yavər Camalovun CAR-ın bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15