"İki sahil" “Neftçilər günü”nə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
Lent.az-ın verdiyi məlumata görə, 20 Sentyabr “Neftçilər Günü”ndə işıq üzü görən 148 səhifəlik xüsusi buraxılış Azərbaycan neft sənayesinin 1994-cü ildən bəri keçdiyi yolu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin böyük səyləri ilə 1994-cü il sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının birgə işlənməsinə dair xarici şirkətlərlə ARDNŞ arasında "Əsrin müqaviləsi" adını almış saziş imzalanması, bunun nəticəsi olaraq ölkəmizin neft sənayesinin, bütövlükdə iqtisadiyyatının yüksək səviyyəyə qaldırılması xüsusi buraxılışın ana xəttini təşkil edir. Xüsusi buraxılışın üz qabığında Heydər Əliyevin "Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" sözləri qeyd olunub. Birinci səhifədə isə görkəmli dövlət xadiminin "Bizim bütün sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur" fikrinin davamı olaraq Prezident İlham Əliyevin "Azərbaycanın neft gələcəyi çox parlaqdır, hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir" tezisi öz əksini tapıb.
Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 16 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır.
Xüsusi buraxılışda ARDNŞ prezidenti Rövnəq Abdullayevin Azərbaycan neft sənayesi işçilərinə təbriki də yer alıb.
Xüsusi buraxılış Heydər Əliyevin "Dünyada neftin çıxarılması və hasil edilməsi, neftin emal təcrübəsi Azərbaycandan başlanmışdır" fikri ilə tamamlanır.

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22