Neft-qaz gəlirlərinin sosial mühitə təsiri öyrənilib
Bu gün “Caspian Plaza”nın konfrans zalında İctimai Vəsaitin Monitorinqi Mərkəzinın (İVMM) təşkilatçılığı və Almaniyanın “Fridrix Ebert Fondu”nun dəstəyi ilə “Neft-qaz gəlirlərinin sosial mühitə təsiri: Azərbaycan nümunəsi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada hökumət nümayəndələri, QHT təmsilçiləri həmçinin, media mənsubları iştirak edib.
Tədbiri İVMM-in direktoru İnqilab Əhmədov və “FAR Centre” təşkilatının nümayəndəsi Rasim Musabəyov açdıqdan sonra İnqilab Əhmədov, Kənan Aslanlı, Rasim Musabəyov və Şəhriyar Əhmədovun birgə fəaliyyəti nəticəsində hazırlanmış “Neft-qaz gəlirlərinin sosial mühitə təsiri ilə bağlı beynəlxalq təcrübə və Azərbaycan özəlliyi” tədqiqat işinin Kənan Aslanlı tərəfindən təqdimatı olub. Təqdimat ətrafında suallar cavablandırılıb, mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Müzakirədə sosioloji sorğunun nəticələri, Azərbaycanda sosial durumla bağlı hazırkı vəziyyət və yaxın perspektivdə mümkün ssenarilər kontekstində fikirlər dilə gətirilib.
Tədbir iştirakçıları həm ölkədəki sosial mühitlə bağlı nəticələri, həm də beynəlxalq praktikada formalaşan elmi yanaşma və modelləri maraqla qarşılayıblar. Müzakirədə iştirak edən QHT və media nümayəndələri onu da xüsusi olaraq vurğulayıblar ki, neft-qaz gəlirlərinin şəffaf və səmərəli idarə edilməsi hökumətin əsas prioritetlərindən olmaqla yanaşı, bu sahə həmçinin cəmiyyətin də daim nəzarəti altında olmalıdır.

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22