Sənayedə mal və xidmətlərin həcmi 3,8 faiz artıb
17 sentyabr 2010 12:47 (UTC +04:00)

Sənayedə mal və xidmətlərin həcmi 3,8 faiz artıb

Ölkə sənayesində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,8 faiz artıb. Avqust ayında bu göstərici 18,3 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, ötən 8 ayda mühüm sənaye məhsullarından xam neftin hasilatı 2,2 faiz artaraq 34,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı 0,9 faiz artaraq 11,3 milyard kubmetr olub. Hesabat dövründə sənayenin neft sektorunda 2,6 faiz, qeyri-neft bölməsində isə 9,8 faiz səviyyəsində artım qeydə alınıb.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,0 faizini təşkil edib. Ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Məhsulun 76,5 faizi mədənçıxarma bölməsində, 18,2 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar