İsveçrənin SECO təşkilatı Mərkəzi Bankda texniki missiyadadır
Azərbaycan Mərkəzi Bankından Lent.az-a bildiriblər ki, bu məqsədlə SECO-nun təcrübəli eksperti Dr.Anna Lennbladın sentyabrın 13-dən etibarən Mərkəzi Bankda növbəti missiyası başlayıb. Missiya sentyabrın 30-dək davam edəcək. Bu dövr ərzində ekspert Mərkəzi Bankın Statistika departamentinin müvafiq əməkdaşlarına təlim keçəcək, tədiyə balansının yeni metodologiyaya uyğun tərtibatı, hesabların təsnifləşdirilməsi kimi məsələlərdə texniki yardım göstərəcək. Dr.Lennblad həmçinin ticari və qeyri-ticari əmtəələrin statistik təsnifatı üzrə vahid metodologiyanın tərtib olunmasına da töhfə verəcək.
Missiya dövründə Dr.Lennblad Mərkəzi Bankda onun texniki dəstəyi ilə yaradılmış Maliyyə Proqramının mövcud vəziyyətini də monitorinq edəcək, sektorlar arası əlaqələrin gücləndirilməsi, proqnozlaşdırma və təhlil metodikasının daha da təkmilləşdirilməsi üzrə tövsiyələrini verəcək. Həmçinin Maliyyə Proqramı çərçivəsində qurulan “Vəsaitlərin axını matrisi”nin və “Maliyyə Sabitliyi Göstəricilərinin Proqnozlaşdırılması” çərçivəsinin tamamlanması üzrə işlər davam etdiriləcək.

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22