MBASK avtosığorta üzrə proqressiv tarif tətbiq edir
17 sentyabr 2010 09:53 (UTC +04:00)

MBASK avtosığorta üzrə proqressiv tarif tətbiq edir

MBASK şirkəti, müştərinin və sığorta edilmiş avtomobilin risk dərəcəsindən asılı olan yeni tarifləşdirilmə sisteminin tətbiq edilməsinə başlamışdır. Yeni sistemə görə, şirkətin müştərisi skorinqin nəticələrinə görə və bu müştərinin hansı kateqoriyaya aid olmasından asılı olaraq, avtosığorta üzrə standart tariflərə yeni endirimlər əldə edəcəklər.

Kateqoriyalar konkret müştəri və ya sığorta edilmiş avtomobillə bağlı olan risklərdən asılı olaraq müəyyən ediləcəklər. Avtosığorta üzrə müqavilələrin bərpa olunması zamanı, müştərilərin kateqoriyaları və, müvafiq olaraq, endirimin ölçüsü bu və ya digər müştərinin itki tarixindən asılı olaraq dəyişəcəklər. Beləliklə, MBASK şirkəti, şirkətin hər bir müştərisi üçün fərdi, proqressiv tariflərin tətbiq edilməsinə başlamışdır.

Bu hadisələri şərh edərək, MBASK SC İdarə Heyəti Sədrinin Birinci Müavini Rəşad Abbasov bildirdi ki, “bu yeni sistemi tətbiq etməklə, şirkət faktiki olaraq tariflərin fərdiləşdiləşdirilməsinə keçmişdir”.

“Məntiq kifayət qədər sadədir. Avtosığorta üzrə müştərilər eyni ola bilməzlər. Eyni zamanda, onların sığorta etdiyi avtomobillər də fərqlənirlər. Müştərilərin sığorta hallarının tezliyi də müxtəlifdir. O qədər fərq var ki. Lakin, avtosığorta üzrə müştərilərin təəssüfünə səbəb olaraq, əksər hallarda onlar standart tariflər və standart endirimlər ala bilirlər. Proqressiv tarif tətbiq etməklə, biz müştərilər arasında fərq qoyuruq, hər bir müştərimizə fərdi qaydada yanaşırıq”, - deyə R.Abbasov qeyd etdi.

Rəşad Abbasov həmçinin bildirdi ki, yeni tarifləşdirilmə sisteminin tətbiq edilməsi ilə eyni vaxtda, MBASK şirkəti INSITE şirkəti ilə müqavilə bağlayaraq, Azərbaycan bazarında avtomobillərin orta bazar dəyərinin avtomatlaşdırılmış hesablama sisteminin istifadəçisi oldu. Avtomatlaşdırılmış qiymətləndirmə sistemi avtomobilin dəyərinin, INSITE şirkətinin İnternet səhifəsi vasitəsi ilə, on-layn rejimində, avtomobilin seçilmiş parametrlərinə müvafiq olaraq, hesablamaq imkanı verir.

“Avtomobilin dəyərinin qiymətləndirilməsi məsələsi şirkət üçün həmişə aktual olmuşdur. Bu məsələnin həll edilməsi üçün biz ekspertlərə müraciət etmişdik, müxtəlif İnternet portallarında avtomobillərin dəyərlərini yoxlayırdıq, avtomobil bazarında identik avtomobilin dəyərini tapmağa çəhd edirdik, avtodillerlərin xidmətindən istifadə edirdik. Qeyd olunan sistem özü ilə bütün sadalananları əvəz edir, lakin eyni zamanda istifadədə asandır və, kompüterdən aralanmadan, bir neçə saniyə ərzində, avtomobilin dəyərini qiymətləndirməyə imkan verir”, - deyə Rəşad Abbasov xülasə verdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021

Oxşar yazılar