Dünyanın 100 ən qiymətli brendinin siyahısı açıqlandı
Dünya üzrə məşhur brend-konstaltinq şirkəti olan “İnterbrand” ənənəvi olaraq hazırladığı dünyanın 100 ən qiymətli brendi siyahısını açıqlayıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, siyahıdakı ilk üçlük keçən illə müqayisədə dəyişməyib.
Birinci yerdə “Coca-Cola” şirkəti qərarlaşıb. Şirkətin brendi 70 milyard 452 milyon dollar dəyərləndirilir. “Coca-Cola” dünya üzrə alkoqolsuz içkilərin 2 faizini istehsal edir. İkinci yeri İBM şirkəti tutub. Bu şirkətin brendi 64 milyard 727 milyon dollar qiymətləndirilib. Üçlüyü 60 milyard 895 milyon dollarla “Microsoft” şirkəti qapayır.
Siyahının dördüncü pilləsində 47 milyard 800 milyon dollarla “Google”, beşinci yerdə 42 milyard 808 milyon dollarla “General Elektric” yer alıb. Ancaq “General Elektric” keçən il olduğu kimi yenə də qiymətini itirməkdə davam edir. Bu il də şirkətin dəyəri 10 faiz azalıb.
Dünyanın ən bahalı brendləri siyahısında 6-cı yerdə “McDonalds” var. Şirkətin brendi 33 milyard 578 milyard dollar qiymətləndirilir. İlk onluqdakı növbəti yerlərdə “Intel” (32 milyard 15 milyon dollar), “Nokia” (29 milyard 495 milyon dollar), “Disney” (28 milyard 731 milyon dollar) və HP (26 milyard 867 milyon dollar şirkətləri gəlirlər. 2010-cu ildə diqqət çəkən məqam keçən il ilk onluğa daxil olan “Toyota” şirkətinin dəyərini 16 faiz itirərək 26 milyard 192 milyon dollarla 11-ci yerə düşməsidir.
Brendinin qiyməti sürətlə artan şirkətlər siyahısında isə “Apple” öndədir. Şirkətin brendinin qiyməti keçən illə müqayisədə 37 faiz artıb. Onu 36 faiz artımla “Google” və 32 faiz artımla Kanadanın “BlackBerry” şirkəti izləyir. ‘BlackBerry” bu il ən qiymətli brendlər siyahısında 54-cü yerə yüksəlib.

1335