Unun bahalaşması rəsmən təsdiqləndi
Ölkənin un və taxıl bazarında qiymətlərin bahalaşması barədə narahatlıqlar əbəs deyilmiş. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər nəticəsində qiymətlərin artdığı rəsmən təsdiqlənib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, nazirliyin məlumatına görə, monitorinqlər nəticəsində dünya bazarında buğdanın qiymətinin artması ilə əlaqədar ölkə ərazisində son zamanlar buğda ununun istehsalçı qiymətinin artdığı və bunun nəticəsində unun pərakəndə satış qiymətinin də artması müşahidə edilib.
Bununla belə, ölkə əhalisinin çörəklə təminatında xüsusi çəkisi böyük olan təsərrüfat subyektləri tərəfindən istehsal olunan çörəyin qiymətində indiyədək artım qeydə alınmayıb.
“Aparılmış təhlillər göstərir ki, buğda ununun hazırkı topdansatış qiyməti ilə çörək istehsalı rentabelli olduğundan, buğda ununun qiymətindəki bu artım çörəyin bahalaşmasına səbəb olmayacaq" - nazirliyin yaydığı məlumatda belə deyilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən unun və çörəyin qiyməti ilə bağlı monitorinqlərini davam etdirildiyi bildirilir.
Elxan SALAHOV

731