Dünya Bankının rəsmisi İçəri Şəhəri gəzib
Dünya Bankının Bakıda səfərdə olan vitse-prezidenti Flipp Le Ueru İçəri Şəhərdə olub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a bildiriblər ki, qonaq qoruğun ərazisində aparılan abadlaşdırma və restavrasiya işləri ilə tanış olub, ona qoruq barədə ətraflı məlumat verilib. İçəri Şəhər ərazisi ilə tanışlıq zamanı qonaq “Şirvanşahlar Sarayı Kompleksi” və XII əsrdə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra paytaxtın Bakıya köçürülməsi barədə məlumatlandırılıb.
Le Uerunun diqqətini Kiçik Qala küçəsində yerləşən təndir də cəlb edib və burada qonaqlar təzə bişmiş çörəyin dadına baxıblar. Daha sonra qonaqlar Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaraları ilə tanış edilib. Le Uerunun nəzərinə çatdırılıb ki, Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan tarixən geniş ticarət əlaqələrinə malik olub və karvansaralar şərq ölkələrində ticarətin ayrılmaz atributu hesab edilir.
Qız Qalası barədə informasiya ilə tanış olduqdan sonra Dünya Bankının rəsmisi Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verililən İkimərtəbəli Karvansarada olub. Le Uerun Məhəmməd məscidinə də baş çəkib və o, hazırda Avstriyanın məşhur bərpaçı mütəxəssisi Erik Pummerin rəhbərliyi ilə aparılan muzey konservasiya işləri maraqlanıb. Bundan başqa, qonaqlar Cümə məscidi ilə də tanış olublar.
Gəzintinin sonunda “Kiçik Karvansara” abidəsində yerləşən “İncəsənət Bağı”nda qonağa xatirə hədiyyələri təqdim olunub. Sonra Dünya Bankının vitse-prezidenti İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.
Elxan SALAHOV

788