Kürqırağı kəndlərdə infrastruktur layihələri
Azad İstehlakçılar Birliyi (AİB) Kürətrafı rayonların yerli bələdiyyələrlə birgə kənd yerlərində abadlıq işləri aparır. Bu tədbirlər Avropa Komissiyasının (AK) dəstəklədiyi “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirir.
AİB-dən Lent.az-a verilən məlumata görə, layihə Sabirabad, Salyan, Saatlı, Hacıqabul və Neftçala rayonlarının kənd ərazilərini əhatə edir. İndiyədək Hacıqabul rayonunun Muğanlı bələdiyyəsinin dəstəyi ilə kəndin qaz xətləri yenilənib, çirkab suların axıdılması üçün 5000 metrlik kanal çəkilib. Sabirabadın Qaraqaşlı kəndində mərkəzləşdirilmiş süd qəbulu məntəqəsi yaradılıb. Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar kəndlərində kompüter mərkəzləri qurulub. Qəzli bələdiyyəsi tərəfindən isə əhalinin köməkliyi ilə kəndarası torpaq yollara çınqıl tökülüb.
Layihə çərçivəsində Neftçala rayonunun Qədimkənd bələdiyyəsinin təşəbbüsü ilə Qaralı və Kürqarabucaq kəndlərinin suvarma təmizlənib, yol kənarında ağaclar əkilib və bələdiyyə tərəfindən iri həcmli zibilxana yeri ayrılıb. Aşağı Surra kənd bələdiyyəsi tərəfindən drenaj kanalı qazılıb, kəndin daxili yollarına 600 maşın çınqıl tökülüb və eyni zamanda süd satışı məntəqəsi yaradılıb. Tatarməhlədə drenaj kanalları təmizlənib, İkinci Qaralı və Pirəppə kəndləri yaxınlığında Kür çayının bəndi bərkidilib.
Layihəyə uyğun olaraq, Saatlı bələdiyyələri tərəfindən də bir sıra işlər həyata keçirilib. Belə ki, Kamallı-Hacıqasımlı kənd bələdiyyəsi Musalı və Nərimankənd ərazisində Sarı Su gölünün qarşısını almaq məqsədilə bənd tikib və eyni zamanda kənd yolları təmir etdirib. Eyni zamanda bələdiyyə tərəfindən kəndin ərazisində 100 ədəd həmişəyaşıl ağac əkilib, 850 kvadrat metrdən çox zibillik təmizlənib və bu tullantıların toplanıb basdırılması üçün yer ayrılıb.
Xatırladaq ki, görülən bütün işlər Azad İstehlakçılar Birliyinin (AİB) layihə iştirakçılarının əhalini maarifləndirməsi və təşəbbüsünün artırılması nəticəsində baş tutub. Əhali bələdiyyələr səviyyəsində məsələni qaldıraraq kollektiv müzakirə edib və özləri də iştirak etməklə nəticələrə nail olublar.
Elxan SALAHOV

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22