“Gas Infrastructure World Caspian-2010” beynəlxalq konfransı başladı
«APA-ECONOMICS»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Sənaye və Energetika Nazirliyinin (SEN) neft-qaz şöbəsinin müdir müavini Eldar Şiriyev Azərbaycanın həyata keçirdiyi neft və qaz layihələri barədə məlumat verib. Azərbaycanın enerji resurslarının ixrac marşrutlarının diversifikasiyasına böyük önəm verdiyini vurğulayan nazirlik rəsmisi ötən gün Azərbaycan, Gürcüstan və Rumıniya dövlət başçılarının təbii qazın sıxılaraq Qara dəniz üzərindən Rumıniyaya ixracına dair sənədi imzaladıqlarını vurğulayıb.
ARDNŞ-in qaz ixracı idarəsinin rəisi Kamal Abbasov isə qeyd edib ki, Xəzər regionu dünyanın enerji təchizatında getdikcə daha çox rol oynayır. Bu çərçivədə regionda yerləşən Azərbaycanın hasil etdiyi qaza Avropa ölkələrindən böyük marağın ifadə olunduğunu söyləyib.
«Azərbaycanın qaz strategiyasının əsas istiqamətlərindən biri qazın Avropa bazarlarına çatdırılmasıdır. Biz bu gün kommersiya baxımından əhəmiyyətli layihələri nəzərdən keçiririk. Burada Türkiyə ilə bağlı olan layihələr də xüsusi diqqət cəlb edir. Maraqlı diversifikasiya layihələrindən biri də Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli ilə bağlıdır», - deyə ARDNŞ nümayəndəsi vurğulayıb.
K.Abbasov həmçinin əlavə edib ki, hazırda Bolqarıstanla da Azərbaycan qazının sıxlaşdırılaraq Qara dəniz üzərindən bu ölkəyə nəqli layihəsi nəzərdən keçirilir. Bu layihə üzrə texniki-iqtisadi məsələlər müzakirə olunur. Artıq bu LNG layihəsinə Macarıstan da marağını ifadə edib.
ARDNŞ rəsmisi qeyd edib ki, gələn ildən Azərbaycan Rusiyaya ixrac etdiyi təbii qazın həcmini 2 mlrd. kubmetrə çatdıracaq.
K.Abbasov «Şahdəniz» layihəsinin ikinci fazasında hasil ediləcək qazın alqı-satqısına dair Azərbaycanın Avropa İttifaqının potensial alıcıları ilə danışıqlar apardığını və bununla bağlı müqavilənin 2011-ci ilin oktyabrında imzalanacağını da qeyd edib.
Qeyd edək ki, iki gün davam edəcək tədbirdə uzunmüddətli enerji təhlükəsizliyinə nail olmaqda Xəzər dənizinin rolu, dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, infrastruktur, logistika, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafı və digər mövzular ətrafında müzakirələr aparılacaq, məruzələr dinləniləcək.
Konfransda Azərbaycan Sənaye və Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının nümayəndələri, eyni zamanda Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Qazaxıstanın «KazMunayQaz» şirkətinin baş direktorunun məsləhətçisi Ross Stobi, «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek, «Trans Adriatic Pipeline» (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland və digər beynəlxalq şirkət və maliyyə institutlarının rəsmiləri iştirak edib, məruzələr oxuyacaq.
Qeyd edək ki, konfrans Böyük Britaniyanın «Terrapinn» şirkətinin təşkilatçılığı ilə keçiriləcək. APA (Azeri Press Agency) informasiya agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı statusu alıb.

845