Mərkəzi Bankda üçgünlük treninq başlayıb
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sentyabrın 13-də başlayan treninq dinamik stoxastik ümumi tarazlıq modelinin riyazi-analitik əsasının hazırlanması və ekonometrik metodlardan istifadə etməklə qiymətləndirilməsinə dair məsələlərə həsr olunub. Dünyanın qabaqcıl mərkəzi banklarında istifadə olunan dinamik stoxastik tarazlıq modelləri iqtisadi tsikllərin dərin tədqiqinə və real biznes tsikl modellərinin hazırlanmasına imkan verir. Treninq nəticəsində əldə olunacaq biliklərin iştirakçıların iqtisadi proqnozlaşdırma potensialının təkmilləşdirilməsinə xidmət edəcəyi gözlənilir.
Treninq Polşa Milli Bankının iqtisadiyyat üzrə müşaviri Marsin Kolasa və iqtisadiyyat üzrə eksperti Andrzey Koçiecki tərəfindən ingilis dilində aparılır. Treninqdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Dövlət Neft Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mərkəzi Bankının və digər təşkilatların nümayəndələri iştirak edirlər.
Elxan SALAHOV

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28