“Siyəzən-Broyler” satıldı
Əmlak Məsələləri Dövlət Komitəsinin “Siyəzən-Broyler” ASC-nin səhmlərinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsi başa çatıb. Müsabiqənin nəticələrinə əsasən, “MONOLİT–D LTD” firması qalib elan olunub.
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a bildiriblər ki, müsabiqənin qalibi şərtlərə uyğun olaraq, 2 milyon 400 min manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürmək öhdəliyi götürüb. Bundan başqa, “MONOLİT–D LTD” firması silinmək üçün 40 min ədəd dövlət özəlləşdirmə çekini təqdim etməli, 3 il ərzində 16 milyon 230 min 610 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirməlidir.
Nəzərdə tutulan investisiyalar müəssisənin anaclıq zonaları və anaclıq inkubatoriyasında, broyler inkubatoriyası və broyler zonalarında, kompressor, soyutma sexlərində, kəsim və sanitar kəsim, qazanxana və yandırma sexlərində, traktor və avtomobil parklarında, laboratoriya binasında və yem sexində təmir-tikinti və yenidənqurma işlərinin aparılması, zəruri texnoloji avadanlıqların alınıb quraşdırılması, kommunikasiya xətlərinin çəkilməsinə, damazlıq cücə, yem, dərman, vitamin və yem əlavələrinin alışına yönəldiləcək.
Elxan SALAHOV

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22