Dağlar arxasında üç dost
Azərbaycan, Gürcüstan və Türkiyə “Enerji Körpüsü” adlı daha bir layihəni reallaşdırmağa hazırlaşır
Hazırda Azərbaycan regionun bütün ölkələri ilə enerjisi mübadiləsi aparır. Ən iri investisiya proqramlarından olan “Enerji Körpüsü” layihəsi reallaşdıqdan sonra Azərbaycandan xaricə elektrik enerjisinin ixracı potensialı bir qədər də artacaq.
Azərbaycanın həyata keçirdiyi Yaxın vaxtlarda Azərbaycanda yeni su elektrik stansiyasının tikintisinə başlana bilər. Füzuli rayonunda tikiləcək elektrik stansiyasının 25 meqavat gücündə olacağı nəzərdə tutulur.
Lent.az-ın məlumatına görə, “Azərenerji” Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan region ölkələrinin hamısı ilə enerji mübadiləsi edir: “Bizim ən iri investisiya proqramlarımız sırasında “Enerji Körpüsü” layihəsi də var. Azərbaycan və Gürcüstan arasında “Enerji Körpüsü” layihəsinin reallaşdıqdan sonra qonşu ölkələrlə enerji mübadiləsi imkanları bir qədər də genişlənəcək”.
Etibar Pirverdiyev bildirib ki, bu layihə reallaşdıqdan sonra Azərbaycan Türkiyəyə 450, Gürcüstana isə 150 meqavat elektrik enerjisi ixrac edəcək. Onun sözlərinə görə, artıq layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanıb və 3 beynəlxalq təşkilat tərəfindən buna rəy verilib.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan “Enerji Körpüsü” layihəsi üzrə razılaşma aprelin 5-də imzalanıb. Etibar Pirverdiyev bildirib ki, layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaqlar. Layihəyə əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə Gürcüstanın 500 kilovoltluq yarımstansiyasını birləşdirən xətt çəkiləcək. Səhmdar Cəmiyyətin rəhbəri deyib ki, Türkiyə ərazisində 500 kilovoltluq xətlər olmadığından Gürcüstanda bəzi texniki tədbirlər həyata keçirməklə elektrik enerjisi bu ölkəyə nəql olunacaq. Bu isə Gürcüstan enerji sistemini bir qədər də gücləndirəcək.
Elxan SALAHOV

2350