Kənd təsərrüfatı məhsulları bahalaşıb
Dövlət Statistika Komitəsi avqust ayı üzrə istehlak bazarında vəziyyətə dair hesabatın ilkin nəticələrini açıqlayıb.
Komitədən Lent.az-a bildiriblər ki, ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb. Ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 2,4 faiz bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb.
Bitkiçilik, bostan və bağçılıq məhsullarından tərəvəz məhsullarının istehsalçı qiymətləri 12,1 faiz, dənli bitkilərin 8 faiz, kökümeyvəli və köküyumruluların 6,8 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin 4,9 faiz, kartofun 1,6 faiz, turuncu meyvələrin 1,7 faiz, subtropik meyvələrin qiymətləri 0,2 faiz bahalaşıb, sitrus meyvələrin 1,7 faiz, zeytun və qoz-fındığın qiymətləri isə 3,0 faiz ucuzlaşıb.
Diri mal-qara və heyvandarlıq məhsullarından iribuynuzlu qaramaldan alınan südün istehsalçı qiymətləri 3,2 faiz, qoyun və keçi südünün 1,9 faiz, mal ətinin (diri çəkidə) 1,2 faiz, mal-qara yunu və tükü 0,3 faiz bahalaşıb, diri qoyunların 0,8 faiz, qoyun ətinin (diri çəkidə) 0,2 faiz, diri iribuynuzlu qaramalın 1,3 faiz, diri quşların 0,4 faiz, quş ətinin (diri çəkidə) qiymətləri 5,1 faiz, yumurtanın qiymətləri isə 8,4 faiz ucuzlaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 0,4 faiz bahalaşma müşahidə olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40