“APA-Ekonomist” jurnalının növbəti sayı çapdan çıxdı
07 sentyabr 2010 15:54 (UTC +04:00)

“APA-Ekonomist” jurnalının növbəti sayı çapdan çıxdı

APA-nın məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 7 buraxılışı işıq üzü görüb.


Qeyd edək ki, əgər əvvəllər “APA-Ekonomist” jurnalını yalnız redaksiya vasitəsilə abunə yolu ilə almaq mümkün idisə, iyunun əvvəlindən etibarən bu dərgini “Qasid”, “Qaya” və “Azərmətbuatyayım” şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərindən almaq, həmçinin abunə olmaq mümkündür. Bununla yanaşı, “Ekonomist” və “Metro-Servis” şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Sonrakı mərhələdə satış şəbəkəsinin respublikanın digər şəhər və rayonlarını əhatə edəcəyi gözlənilir.


APA-Ekonomist” jurnalında oxucular respublikanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Bu nömrədə geosiyasi, makroiqtisadi, bank, qiymətli kağızlar, tibbi sığorta, təhsil və digər sahələri üzrə analitik məqalələr yer alıb.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
# 774

Oxşar yazılar