26 obyektin vəziyyəti yoxlanılıb
Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a bildiriblər ki, həftə ərzində ümumilikdə 26 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb. Yoxlama zamanı aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib.
Obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalar aparılıb. Hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qrunt və ya içməli su xəttindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır.
Elxan SALAHOV
754