Tovuzda su anbarı tikilir
Su anbarının köməyi ilə 1800 hektar ərazi suvarılacaq
Tovuzda su anbarı tikilir. Tovuzçay su anbarının tutumu 20 milyon kubmetr olacaq. Su anbarından əkin sahələrinin suvarılması üçün istifadə ediləcək. Anbardan həmçinin Ağstafa kanalının qidalanması üçün uzunluğu 7 km olan kəmər də çəkilir. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Tağıyev məlumat verib. “Su anbarının tikilişindən sonra əkin sahələrinin suvarılması ilə bağlı problem tam aradan qaldırılacaq. Anbarın köməyi ilə 1800 hektar ərazi suvarılacaq. Tikinti işləri 2011-ci ilədək başa çatacaq” - deyə Fikrət Tağıyev bildirib.
Rayonda həmçinin Kür çayının köməyi ilə Gürzan Su Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur.
Vüsalə Cənnətova

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28