Azərbaycan şirkət Ermənistanı beynəlxalq məhkəməyə verəcək
Qızıl hasil edən şirkət Ermənistanın işğalı altında olan “Söyüdlü» qızıl yatağının qanunsuz istismarı ilə bağlı faktlar əldə edib
Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ABMƏŞ) Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunda yerləşən «Söyüdlü» qızıl yatağının qanunsuz istismarı ilə bağlı faktlar əldə edib.
Bu barədə «APA-ECONOMICS»ə eksklüziv açıqlamasında ABMƏŞ-in prezidenti Rza Vəziri məlumat verib. ABMƏŞ-in əldə etdiyi video görüntülərdə qızıl yatağında istismar işlərinin aparılması aydın görünür. Ermənilər əraziyə çoxlu sayda qazıntı texnikası və yük avtomobili cəlb ediblər.
“Biz bu faktı vəkillərimizlə müzakirə etdik. Hazırda beynəlxalq məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlanır”, - deyə R.Vəziri vurğulayıb.
Şirkət prezidentinin sözlərinə görə, əldə olunmuş məlumatlar və bundan sonra atılacaq addımlar barədə Azərbaycan hökuməti ilə müzakirələr aparılandan sonra qərar veriləcək. Mart ayının sonunda məsələ ABMƏŞ-in səhmdarlarından olan “Anglo Asian Mining Plc.” şirkətinin Direktorlar Şurasında da müzakirə olunacaq.
Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vejnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28