“Azerfon” şirkəti “Xoş Saatlar” aksiyasına başladı
04 sentyabr 2010 18:30 (UTC +04:00)

“Azerfon” şirkəti “Xoş Saatlar” aksiyasına başladı

Şirkətdən Lent.az-a verilən məlumata görə, “Xoş Saatlar” aksiyasına qoşulan abunəçilər həm şəbəkədaxili, həm də ölkədaxili pulsuz danışıqlar üçün təqdim olunan paketlərdən birini seçib, sevdikləri ilə istədikləri qədər danışacaq və “Nar Mobile” ailəsinin üzvü olmağının faydasını yaşayacaqlar.

“Xoş Saatlar”a qoşulmaq üçün seçilmiş paketin adını SMS-lə 777 qısa nömrəsinə göndərmək və ya aşağıda göstərilmiş kodlardan birini yığmaq kifayətdir:





Aktivləşdirilmiş paketin istifadə müddətini *777#4#YES kodunu yığmaqla öyrənmək olar. “Xoş Saatlar” paketlərindən bütün öncədən ödənişli Tarif Planlarının istifadəçiləri yararlana bilər. Aksiya haqqında ətraflı məlumatı şirkətin rəsmi saytına www.NarMobile.az və ya Nar Mobile Diler Dükanlarına müraciət edərək əldə etmək olar.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən etibarən başlayıb. Ötən il “Azerfon” və “Vodafone” şirkətləri arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb və dekabr ayından etibarən şirkət “Azerfon-Vodafone” brendi ilə ölkədə ilk dəfə 3G texnologiyası üzərindən xidmət göstərməyə başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir və hazırda 1,6 mln. abunəçiyə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar