Oğuz sahibkarları güzəştli kredit aldı
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Oğuz rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 260-a yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Oğuz rayonunda “CPC” MMC-nin inşa etdirdiyi qarğıdalı emalı (qlükoza istehsalı) zavodunda və İsmayıllı rayonunda “EVİAR” MMC-nin inşa etdirdiyi çörək zavodunda aparılan tikinti tamamlama işlərinə, “İsmayıllı Quşçuluq” MMC-nin fəaliyyətinə baxış keçirilib.
Sonra Oğuzda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov, İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin aparıcı məsləhətçisi Seyran Ədilov, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin regionlarla iş və əlaqələndirmə şöbəsinin müdiri Qorxmaz Əfəndiyev çıxış ediblər.
SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fond müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbulunu davam etdirir.
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində sahibkarlar üçün treninq də keçirilib. Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 500 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 35 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Elxan SALAHOV

856