“Unibank”da “QƏŞŞŞŞƏNG” kampaniyasi start götürdü
02 sentyabr 2010 10:41 (UTC +04:00)

“Unibank”da “QƏŞŞŞŞƏNG” kampaniyasi start götürdü

Kampaniya çərçivəsində pul köçürməsini göndərən və alan hər bir kəs, lotereyada oynanılan 200 mobil telefonundan birinin sahibi ola bilər.

Sentyabrın 1-dən dekabr ayının 31-dək “Unibank” vasitəsi ilə 300 USD, EUR və ya 9000 RUR məbləğində təcili pul köçürməsi göndərən və ya alan müştərilər, hər ay 50 ədəd “Nokia Supernova 7210” mobil telefonun oynanıldığı və “Mobitel” şirkətinin dəstəyi ilə keçirilən lotereyanın iştirakçısına çevrilir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə görə, yuxarıda göstərilən məbləğdə yerinə yetirilmiş hər bir pul köçürməsi uduş üçün 1 şans verir. Bank tərəfindən bu şansların sayı məhdudlaşdırılmadığından, yuxarıda göstərilən məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şansları da artır. Lotereya aksiyası çərçivəsində 4 tiraj keçiriləcək – 2010-cu ilin oktyabr ayının 8-də, noyabrın 10-da, dekabrın 10-da və 2011-ci ilin yanvar ayının 14-də. Bu tirajların hər birində 50 ədəd “Nokia Supernova 7210” mobil telefonunun sahibləri müəyyən ediləcək. Beləliklə, Bankın lotereya aksiyasının məcmu uduş fondu 24 min AZN təşkil edəcək. Qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunacaqlar.

“QƏŞŞŞŞƏNG” kampaniyasının başlanması ilə “Unibank” pul köçürmələrini göndərənlər və alanlar üçün bonus sistemini də təkmilləşdirib. Artıq “Unibank”da müxtəlif pul köçürmələri sistemlərində əməliyyat keçirən müştərilər mobil telefonları üçün nominalı 10 AZN-a qədər olan skretç-kart (konturlu kartlar) şəklində əlavə bonuslar almaq imkanı əldə edəcəklər. Aksiya Bankın Gəncədə, Sumqayıtda, Lənkəranda, Şəmkirdə, Qubada, Mingəçevirdə və Şəkidə yerləşən regional filialları daxil olmaqla bütün 26 xidmət nöqtələrində qüvvədədir.

Qeyd etmək lazımdır ki, hazırda “Unibank” yeddi pul köçürmələri sistemi - “Western Union”, “Faster”, “Xpress Money”, “Bıstraya Poçta”, “Coinstar”, “BLİZKO”, “Zolotaya Korona” - ilə işləyir. 2009-cu ildə Bankda, fiziki şəxslərin pul köçürmələri üzrə dövriyyəsi, 2008-ci illə müqayisədə 27,5% artaraq, 25,5 mln. AZN-a çatıb. Bu ilin yanvar-iyul aylarının yekunlarına görə isə, “Unibank”da pul köçürmələrinin həcmi, ötən ilin 7 ayı ilə müqayisədə, 72% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar