Azərbaycan və İtaliya qaz satışı məsələsində anlaşdı
“Edisson” şirkətinin təmsilçisi açıqlama verib
Azərbaycan və İtaliya rəsmiləri arasında aparılan danışıqlar nəticəsində Azərbaycan qazının satışı məsələsində ilkin razılıq əldə olunub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın “Edisson” şirkətinin Türkiyə təmsilçisi Akın Özkan açıqlama verib.
O bildirib ki, danışıqlar bundan sonra da davam edəcək və bu ilin sonuna qədər tərəflər razılaşmaya imza atacaq. Bu razılaşmanın imzalanmasından sonra Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya qaz boru kəmərinin tikintisi başlayacaq.
“Edisson” şirkətinin təmsilçisi xatırladıb ki, bir həftə əvvəl Ankarada Türkiyənin “Botaş”, İtaliyanın “Edisson” və Yunanıstanın “Depa” şirkətləri arasında anlaşma imzalanıb və hazırda ən aktual məsələ satılacaq Azərbaycan qazının qiyməti ilə bağlıdır. Kəmərlə il ərzində 11.6 milyard kubmetr qaz ötürülməsi nəzərdə tutulur. Layihə ilə bağlı hökumətlərarası anlaşma 2007-ci ildə Romada imzalanıb. Boru kəmərinin 2015-ci ilə qədər tikintisinin başa çatdırılması və təbii qazın ötürülməsi planlaşdırılır. Layihəyə görə, Türkiyə və Yunanıstan arasındakı mövcud kəmər təmir ediləcək və Yunanıstanla İtaliya arasında yeni kəmər çəkiləcək.
Akın Özkan deyib ki, kəmər Azərbaycan və Türkmənistan tərəfindən qazla təmin olunacaq. Ancaq Türkmənistanın ikinci mərhələdə bu prosesə qatılması gözlənilir.

626