6 faizlik inflyasiya gözlənilir
01 sentyabr 2010 10:44 (UTC +04:00)

6 faizlik inflyasiya gözlənilir

Bu il bank sektorunda risklərin və bahalaşmanın təhlükəli həddi keçməyəcək. İllik inflyasiya isə 6 faiz civarında olacağı gözlənilir.

Azərbaycan Mərkəzi Bankının ilin ilk yarısındakı vəziyyətə nəzərən hazırladığı proqnoz belədir. Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, hazırda Azərbaycanda inflyasiya 5 faizə yaxındır. Bank mütəxəssislərinin hesablamalarına əsasən, inflyasiya əsasən, ölkədən xaricdə baş verən bahalaşma hesabına genişlənir. İstehlakın səviyyəsi və investisiya fəallığı isə inflyasiyanın böyüməsinə şərait yaratmır.

Xatırladaq ki, dünən ölkə başçısının sərəncamı ilə minimum əməkhaqqı və əmək pensiyasının başa hissəsi 10 manat artırılıb. Sərəncama əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı və pensiya 75 manatdan 85 manata qaldırılır. Ölkədə ən böyük inflyasiya artımının da elə sentyabr ayında baş verəcəyi gözlənilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar