12 mağazada yarım ton yararsız məhsul aşkarlandı - SİYAHI
30 avqust 2010 16:59 (UTC +04:00)

12 mağazada yarım ton yararsız məhsul aşkarlandı - SİYAHI

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərini, eləcə də Lənkəran və Tərtər rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 12 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Səbail rayonunda

- Salyan şossesi, 2 ünvanında yerləşən “Kral market”də;

Binəqədi rayonunda

- 3-cü mədən, Binəqədi şossesində yerləşən “Qardaşlar market”də;
- Azadlıq prospekti, 155 ünvanında yerləşən “NR Kompani market”də;

Nəsimi rayonunda

- Ak.H.Əliyev küçəsi, 1030-cu məhəllədə yerləşən “Nurgül market”də;
- R.Behbudov küçəsi, 46 ünvanında yerləşən “Rəşad market”də;

Nərimanov rayonunda

- N.Hacıyev küçəsi, 7 ünvanında yerləşən “Abşeron market”də;
- İ.Hidayətzadə küçəsi, 1911-ci məhəllədə yerləşən “Ata market”də;
- F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında yerləşən “Çinar market”də;
- Mayakovski küçəsi, ev 11/13, mənzil 5 ünvanında yerləşən “Ləman market”də;
- Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 10 ünvanında yerləşən “Əsmər market”də;

Lənkəran şəhərində

- Koroğlu küçəsində Zakir Lətifova məxsus mağazada;

Tərtər rayonunda

- Nizami küçəsində Zəminə Abbasovaya məxsus mağazada.

Monitorinq zamanı ümumi çəkisi 500 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar