Əmanətlərin qaytarılmasının hüquqi bazası var
Azərbaycan hökuməti 1991-ci ildən bəri əmanətlərin indeksləşdirilməsi və qaytarılması barədə bir neçə dəfə fərman və sərəncamlar, qərarlar verilib
Son günlər sovet dövründə əhali tərəfindən banklarda yatırılmış əmanətlərin geri qaytarılması məsələsi yenidən gündəmə gəlib. Müstəqil ekspertlər, bir sıra millət vəkilləri əmanətlərin qaytarılmasının zəruriliyini bildirsələr də, hökumət tərəfindən hələ ki, reaksiya yoxdur. Baxmayaraq ki, Azərbaycan hökuməti 1991-ci ildən başlayaraq, ayrı-ayrı vaxtlarda əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə bağlı müxtəlif hüquqi aktlar qəbul edib. Ancaq bütün bunlar hələ ki, kağız üzərində qalıb.
Lent.az-ın məlumatına görə, “İqtisadi forum” jurnalı sovet banklarında batmış əmanətlərinin qaytarılmasının hüquqi bazasının olub-olmamasın araşdırıb. Məlum olub ki, Azərbaycan əmanətlərin qaytarılması üçün hüquqi baza varmış. Belə ki, bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının Əmanət Bankında əmanətlərin saxlanmasına vətəndaşların marağını artırmaq və müdafiəsini təmin etmək məqsədi ilə Nazirlər Kabineti 27 mart 1992-ci il tarixində “Azərbaycan Respublikası Əmanət Bankında əmanətlərin saxlanılmasına vətəndaşların marağının artırılması haqqında” 151 saylı qərar verib. Qərarda vətəndaşların əmanətlərinə dövlət tərəfindən təminat verilməsi əksini tapır. Qərar əsasında Əmanət Bankın əmanətlərinin faiz tarifi 1 yanvar 1992-ci ildən tələb edilənədək əmanətləri üzrə 2 faiz, müddətli əmanətlər üzrə isə 3 faiz artırılıb.
1992-ci il iyunun 3-də Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ hissəsindən və Goranboy rayonunun keçmiş Şaumyan (kənd) ərazisindən didərgin düşmüş vətəndaşların əmanətlərinin ödənilməsi haqqında” 310 saylı qərar verib. Qərarda adıçəkilən bölgələrdən didərgin düşmüş vətəndaşların əmanətlərini əmanət kitabçaları əsasında, hərtərəfli dəqiqləşdirdikdən sonra sənədləşdirib mərkəzləşmiş qaydada bu bölgələrin 1991-ci il yanvarın 1-ə kredit ehtiyatlarından yaranmış, respublika əmanət bankının balansında qalan gəlir hesabına verilməsi haqqında nəzərdə tutulur.
1992-ci il iyunun 15-də prezident səlahiyyətlərinin icrasına başlayan Əbülfəz Elçibəy həmin ayın 17-də “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanun imzalayıb. Qanunla vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilati-hüquqi əsasları müəyyən edilir. Bu qanunun tələblərinə uyğun olaraq 1993-cü il iyunun 3-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında əhalinin əmanətlərinin indeksləşdirilməsi üçün faiz tariflərinin artırılması barədə” 23 saylı qərar qəbul edir. Qərar əsasında Səhmdar Kommersiya Əmanət Bankının idarələrində əmanətlərin bütün növləri üzrə faiz tarifləri artırılaraq 1993-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
«Tələb olunanadək» əmanəti üzrə - 15 faiz
Müddətli əmanətlər üzrə:
1 ildən — 3 ilə 20 faiz
3 ildən — 5 ilə 30 faiz
5 ildən yuxarı 40 faiz
Bundan başqa, qalığı 50 min rubldan (5 min manat) yuxarı əmanətlər üzrə 40 faiz, məqsədli uşaq əmanəti üzrə isə 60 faiz müəyyən edilib.
6 may 1993-cü il tarixində Prezident inflyasiyanı nəzərə alaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və əmanət banklarında olan əmanətlərin qiymətsizləşməsinin qarşısını almaq üçün “Azərbaycan Səhmdar-Kommersiya Əmanət Bankında əhalinin əmanətləri üzrə kompensasiyalar verilməsi haqqında” Fərman imzalayır. Fərmanda Əmanət Bankında saxlanan əmanətlərin 1992-ci il yanvarın 1-dək olan qalığına 1993-cü il iyunun 1-dən 100 faiz hesabı ilə kompensasiya verilməsi nəzərdə tutulurdu. Fərmanda həmçinin qeyd edilirdi ki, verilmiş kompensasiya məbləğləri əmanətçilərin adına açılan xüsusi hesablarda saxlanılmalı və saxlanan əmanətlər üzrə müvafiq qaydada faiz hesablanmalıdır. Xüsusi hesablarda saxlanan əmanət məbləğlərinin əmanətçilərə 1995-ci il iyunun 1-dən etibarən ödənilməsi nəzərdə tutulurdu.
Uzun fasilədən sonra əmanət məsələsində 2005-ci ildə qayıdılır. Ölkə Prezidenti 26 oktyabr 2005-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında” Sərəncam imzalayır. Sərəncamla ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün Dövlət Komissiyası yaradılır. Komissiyanın tərkibinə sədr baş nazir olmaqla nazirlər, bank və komitə sədrləri daxil edilir.
Sərəncamda əmanətlərin qalıqlarına kompensasiyaların verilməsini tənzimləyən müvafiq qanun layihəsinin və onların ödənilmə mexanizmi barədə təkliflərin üç ay müddətində hazırlanması, eyni zamanda vətəndaşların 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasının aparılması nəzərdə tutulub.
2006-cı ildə əmanətlərin qaytarılması məqsədilə qanun layihəsinin hazırlanması barədə xəbərlər yayılmasına, dövlət büdcəsində bunun üçün hətta vəsait nəzərdə tutulmasına rəğmən sonradan müəmmalı şəkildə bu prosesə son verildi. “Kapitalbank”da aparılan indeksləşdirmə prosesi də yarımçıq qaldı.
Yeri gəlmişkən, artıq qonşu Ermənistan sovet banklarında batmış əmanətləri qaytarılmasına start verib. Belə ki, ötən həftə ölkə parlamenti Böyük Vətən Müharibəsi veteranlarına ödəniş barədə qanun qəbul edib. Bu məqsədlə dövlət büdcəsindən 2-2,2 milyon dollar (800-900 milyon dram) məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Hesablamalara görə, 3760-a qədər veteran bu kompensasiyanı ala biləcək. Orta hesabla hər bir veteran 620 dollar alacaq. Digər qonşumuz Rusiya isə yaxın 3 ildə əmanətləri qaytarıb qurtaracaq.

903