Vahid Ələkbərov “Lukoil”un prezidentliyindən gedir
Rusiyanın aparıcı və ən iri neft müəssisələrindən biri olan “Lukoil” şirkətinin təsisçisi və prezidenti, azərbaycanlı Vahid Ələkbərov postunu tərk etmək niyyətindədir.
“APA-ECONOMICS”in Rusiyanın “RBK daily” agentliyinə istinadən verdiyi məlumata görə, V. Ələkbərov artıq bu ilin sentyabr ayının 1-dən sonra “Lukoil”ın rəhbəri vəzifəsindən gedə bilər. O, şirkətdə Direktorlar Şurasına rəhbərlik etmək niyyətindədir və artıq bu barədə İdarə Heyətini məlumatlandırıb.
Şirkətin yeni prezidenti isə “Lukoil Oversiz”in başçısı 45 yaşlı Andery Kuzyayev ola bilər. Lakin prezident vəzifəsinə “Lukoil”ın vitse-prezidentləri Ravil Maqanov və ya Leonid Fedun təyin olunacağı da istisna olunmur.
Hazırda “Lukoil”ın İdarə Heyətinin sədri Valeri Qrayfer isə yaşının çox olması əlaqədar postunu tərk edəcək.
Qeyd edək ki, V. Ələkbərov “Lukoil”ın prezidenti vəzifəsində şirkətin təsis edildiyi gündən (1993-cü il) çalışır. Hazırda şirkətin səhmlərinin 20,54%-i ona məxsusdur.
Bundan öncə V. Ələkbərova Rusiyanın energetika naziri vəzifəsində çalışmaq təklif olunsa da, o bu təklifdən imtina edib. Bu ilin sentyabrın 1-də V. Ələkbərovun 60 yaşı tamam olur.

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22