Qusarda 38 sahibkara güzəştli kredit verilib
27 avqust 2010 16:02 (UTC +04:00)

Qusarda 38 sahibkara güzəştli kredit verilib

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Şabranda, Qubada, Qusarda, Xaçmazda soyuducu anbar komplekslərinə, habelə Qusarda “Şimal Kəndli Fermer Təsərrüfatı” MMC-nin üzüm bağlarına, Xaçmazda meyvələrin qablaşdırılması üçün tara istehsalı müəssisəsinə, “Qafqaz Konserv Zavodu” MMC-nin yeni alma emalı xəttinə, “Aqrovit LTD” MMC-nin istixana şəraitində tərəvəz yetişdirilməsi üzrə fəaliyyətinə baxış keçirilib. Sonra Qusar şəhərində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qusar və ətraf rayonlarda fəaliyyət göstərən 38 sahibkarlıq subyektinə 500 min manatdan çox güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 88 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1280

Oxşar yazılar