Tvininq layihəsi ən uğurlu layihə seçilib
Lent.az-ın məlumatına görə, bu məlumat Avropa Komissiyasının Tvininq, TAİEX və Sigma layihələri ilə bağlı 2009-cu ilin yekunlarına dair açıqladığı hesabatda əksini tapıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, layihə 2008-ci il oktyabrın 1-dən Avropa Komissiyasının dəstəyi, Hollandiya Krallığının Ərzaq və İstehlak Mallarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Orqanı və Latviyanın Ərzaq və Baytarlıq Xidməti tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycan mənşəli balıq məhsullarının Avropa İttifaqına ixracını təmin etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müvafiq sahədə çalışan əməkdaşlarının peşəkarlığının artırılması, bu sahəni tənzimləyən qanunvericilik bazasının Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması, Dövlət Xidmətinin laboratoriyalarının imkanlarının genişləndirilməsi və fəaliyyətinin beynəlxalq tələblərə uyğun qurulmasıdır.
Layihənin icrası ilə əlaqədar artıq bir sıra işlər görülüb. Belə ki, 2010-cu ilin 1 yanvar tarixindən etibarən Avropa Komissiyasının qərarı ilə Azərbaycan balıq kürüsünün Avropa İttifaqına idxalına icazə verilən üçüncü ölkələr siyahısına daxil edilib. Hazırda digər növ balıq məhsullarının Avropa İttifaqına ixracı üçün icazənin alınması istiqamətində işlər davam etdirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22