Korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya hazırlanıb
Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin və Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə “Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya”nın təqdimatı keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə korporativ idarəetmə sahəsində beynəlxalq ekspertlər, İqtisadi İnkişaf Nazirliyinin, aidiyyəti dövlət qurumlarının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının, beynəlxalq təşkilatların nümayəndələri və 20-yə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə Metodologiya barədə tədbir iştirakçılarına məlumat verib. Metodologiya Azərbaycan şirkətləri tərəfindən Korporativ Standartların tətbiqinin genişləndirilməsi, korporativ idarəetmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə hazırlanıb. Metodologiyanın hazırlanmasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korporativ idarəetmə prinsipləri və Azərbaycan korporativ idarəetmə standartları əsas götürülüb. Sənəddə aidiyyəti dövlət qurumlarının, Beynəlxalq Maliyyə Korporasiyasının, Qlobal Korporativ İdarəetmə Forumunun, ekspertlərin rəy və təklifləri nəzərə alınıb. Metodologiya şirkətlərdə Korporativ İdarəetmə Standartlarının tətbiqi səviyyəsinin müəyyənləşdirilməsinə imkan yaradacaq. Sənəd şirkətlərdə qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi, şirkətlərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında əhəmiyyətli olacaq.
Tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Orta Asiya üzrə Korporativ İdarəetmə Proqramı üzrə meneceri Oliver Orton, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktor müavini Matias Feldman, Almaniyanın Korporativ İdarəetmə Komissiyasının və Qlobal Korporativ İdarəetmə Forumunun özəl sektor üzrə Məsləhət Xidmətləri Qrupunun üzvü Kristian Strenger çıxış edərək yerli şirkətlərdə “Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya”nın tətbiqinin əhəmiyyətindən danışıblar. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34