TANAP layihəsində Azərbaycanın payı 51 faizdən çox olacaq
«APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq BP, “Statoil” və “Total” şirkətləri layihəyə qoşulmaq üçün öz təkliflərini veriblər. ARDNŞ bu layihədə özünə saxlayacağı payı da müəyyənləşdirib: «Neft Şirkəti 51% paya malik olacaq, digər şirkətlərə qalan 29% satıla bilər. Amma nəzarət paketi ARDNŞ-da qalacaq». Qeyd edək ki, layihədə 20% pay Türkiyə tərəfinə məxsusdur.
TANAP layihəsi üzrə işlərin qrafik üzrə getdiyini bildirən ARDNŞ prezidenti layihədə Türkmənistanın pay alacağı ilə bağlı məlumatlara da münasibət bildirib: «TANAP Azərbaycanla Türkiyənin layihəsidir. Bu layihə Azərbaycan qazını Türkiyə və Avropaya çatdıracaq. Sonradan buradan pay almaq istəyən olsa, buna baxıla bilər».
Xatırladaq ki, bu il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49