“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılıb
23 oktyabr 2020 10:44 (UTC +04:00)

“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Qarabağ Azərbaycandır!” mövzusunda markalı zərflər dövriyyəyə buraxılıb.

“Azərpoçt” MMC-dən Lent.az-a verilən məlumata görə, zərflərin üzərində Azərbaycan xəritəsi, Azərbaycan və ingilis dillərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Üz tərəfin fonunda isə hərbi kamuflyaj təsvir edilib.

Sözügedən zərflər sadə, sifarişli və sifarişli-xəbərnaməlidir. Sadə zərflərin markasında işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, sifarişli zərflərin markasında Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən və 1314-cü ilə aid Qutlu Musa türbəsi, sifarişli-xəbərnaməli zərflərin markasında isə Şuşa şəhərinin gerbi təsvir olunub.

Əsas məqsəd son günlər hər birimizi qələbə xəbərləri ilə sevindirən rəşadətli Azərbaycan Ordusuna mənəvi dəstək olmaq, zəngin tariximizi və qədim abidələrimizi beynəlxalq miqyasda təbliğ etməkdir.

Qeyd edək ki, zərflərin dizaynı “Azərmarka” MMC-nin əməkdaşı Anar Mustafayev tərəfindən hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar