"Kontakt Home" müştərini çarəsiz qoydu - "Karantin dövründə bir-birimizə dəstəyimiz budur?"
24 iyun 2020 09:36 (UTC +04:00)

"Kontakt Home" müştərini çarəsiz qoydu - "Karantin dövründə bir-birimizə dəstəyimiz budur?"

Sosial şəbəkələrdə elektronika məhsullarının satışı ilə məşğul olan mağazalardan edilən şikayətlərin sayı azalmır.

Lent.az xəbər verir ki, onların arasında “Kontakt Home”dan narazılıqlar xüsusi yer tutur. Minbir əziyyətlə pul toplayıb adıçəkilən mağazalar şəbəkəsindən alver edənlərin əksər hallarda sonradan peşman olduqları ortaya çıxır. Bu müştərilərin əksəriyyəti aldıqları malların ayrı-ayrı səbəblərdən problemli olduğunu, problemə mağazanın servis xidmətini biganə yanaşdığını və s. bildirirlər.

Şikayətçilərdən biri “Kontakt Home”dan aldığı ətçəkən maşını yoxlayarkən qeyri-adi problemlə üzləşib. Müştərinin sözlərinə görə, maşını yoxlayarkən ətin üzərinə qara su axıb. Malı mağazaya qaytarıb “araşdıracağıq” cavabı alandan sonra isə səhvin özündə olduğunu öyrənən müştəri eşitdikləri qarşısında şoka düşüb. İlk dəfədən ətçəkənin qara su buraxması isə beləcə müəmmalı olaraq qalıb. Pulun 90 faizi qaytarılsa da, “günahkar” müştəri 10 faiz pulunu ala bilməyib.

Digər bir şikayətdə isə aylıq kreditin gecikməsindən yaranan problem öz əksini tapıb.

“Kontakt Home”dən narazı müştərilən biri kredit ödənişini gecikdirdiyinə görə aldığı telefonun şəbəkəsi söndürülüb. Narazılıq edən istehlakçı ödənişi 2 həftə əvvəl həyata keçirib. Lakin telefonda şəbəkənin bərpa edilməsi üçün ondan bütün ödənişin yazılan 20 manat cərimə ilə birgə bir dəfəyə yerinə yetirilməsi tələb olunub. O, mağazalar şəbəkəsindən artıq ikinci dəfədir eyni problemlə üzləşdiyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17683
avatar

Mehman Nəbiyev

Oxşar yazılar