Amerikalı qarışıq döyüş sənəti döyüşçüsü Peyc Vanzant sosial şəbəkələrdə izləyiciləri üçün yeni səmimi fotolarını paylaşıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, bikinidə çəkilən şəkillərinin altında yazıb: "Həyat sirkdir, şoudan həzz alın". Dörd saat ərzində bu şəkili sosial şəbəkənin 60 min istifadəçisi bəyənib. Yeri gəlmişkən, onun səhifəsinə 3,1 milyon insan abunə olub.
28 yaşlı Vanzant MMA-nın seks simvolu hesab olunur. O, 2012-ci ildə qarışıq döyüş sənətlərində debüt edib, həmçinin UFC-nin himayəsi altında yarışıb və bu yaxınlarda özünü çılpaq döyüşlər aparan Bare Knuckle FC promosyonunda, eləcə də Amerika güləş promosyonu olan AEW-də sınayıb.