Zorlamada ittiham olunan futbolçu komandadan  qovuldu
05 avqust 2023 18:58 (UTC +04:00)

Zorlamada ittiham olunan futbolçu komandadan qovuldu

İspaniyanın "Selta" klubu rəsmi saytında hücumçu Santi Mina ilə əmək müqaviləsinə xitam verdiyini açıqlayıb.

“Müxtəlif hüquqi alternativləri diqqətlə təhlil etdikdən sonra “Selta” Santi Mina ilə əmək müqaviləsini birtərəfli qaydada ləğv etmək qərarına gəldi.
La Liqa tərəfindən dəstəklənən bu qərar, ilk gündən “Selta”nın dəyərlərinin hər şeydən üstün olduğunu və idman planlaşdırılması baxımından da əks-səda yaranacağı təqdirdə onları sona qədər qorumağa hazır olduğunu bəyan edən klubun orijinal mövqeyini əks etdirir”, - Lent.az xarici mediaya istinadən bildirir ki, açıqlamada vurğulanır. 

İyul ayında məlum olub ki, Minanın qıza təcavüz etdiyinə görə 4 il həbs cəzası alıb. Hadisə 2017-ci ildə futbolçunun "Valensiya"da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq.Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.

Ötən mövsüm Mina Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda icarə əsasında çıxış edib. O, 2019-cu ildən "Selta"da çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388
avatar

Oxşar yazılar