Zorana - Kyurasao millisi qapıçısının nişanlısıdır:  Onun dəstəyi ilə qəhrəmana  çevrildi -FOTOLENT
05 iyul 2026 17:52 (UTC +04:00)

Zorana - Kyurasao millisi qapıçısının nişanlısıdır: Onun dəstəyi ilə qəhrəmana çevrildi -FOTOLENT

0

Eloy Rom 2026-cı il Dünya çempionatı qrup mərhələsinin əsas qəhrəmanlarından biridir. Qapıçı Ekvadorla oyunda 15 dəfə topun qapısından keçməsinə imkan verməyib və bununla da Kyurasaonun ilk Dünya çempinatı xalını qazanmasına kömək edib.

"Bilirsiniz, qapıçı kimi mənim üçün bu, demək olar ki, mükəmməl bir oyun idi. Buna görə də mən çox qürur duyuram, komanda üçün də, çünki bunu birlikdə etdik. Mən qurtarışlar edirəm, amma biz komanda olaraq mübarizə aparırıq. Düşünürəm ki, indi Kyurasaoda özümə abidə ucaltmalıyam", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Rom oyundan sonra deyib.

Əlbəttə, o, zarafat edib, amma qapıçıya abidəni kimin qoyacağını bilirik. Eloy Romun nişanlısı Zorana ilə tanış olun!

Zorana həm Hyustonda Almaniyaya qarşı oyunda, həm də Kanzas-Sitidə Ekvadora qarşı tarixi oyunda Kyurasaoya azarkeşlik edib. Kyurasao bayrağına bürünərək ucadan və gözəl şəkildə alqışlayıb.

Rom “Errohuhed Stedium”da final fitindən dərhal sonra Zorananın yanına gedib. Daha sonra o, "oyunun adamı" mükafatını almaq üçün ayrılıb və tribunadakı sevgilisinin yanına qayıdı.

Zorana sosial media hesabında mükafatla çəkdirdiyi şəklinə "Hər kəsə kim olduğunu göstərdin!" şərhini yazıb.

Zorana sevimli kişisinin qəhrəmanlığına birdən çox paylaşım həsr edib. Artıq əfsanəvi olan heç-heçədən sonrakı gün o, hisslərini daha ətraflı təsvir edib:

"WHAT A FUCKING NIGHT BABY! Dedin ki, Dünya çempionatı həyatının ən vacib hadisəsidir. Orada oynayacağını biləndə çox sevinmişdin. İndi isə özünə bax: 37 yaşında dünyanın ən vacib idman tədbirində tarix yazırsınız! Həmişə kiminlə evlənəcəyimi bilirdim, amma indi dünya bunu görsün. Düzdür, həyatımın 15 ilini infarkt keçirəcəyimi düşünərək boşa sərf etdim, amma buna dəyərdi. Səninlə fəxr edirəm! Kanzas, həyatımızın ən gözəl gecəsi üçün təşəkkür edirəm!"

Belə bir dəstək ilə Romun sözün əsl mənasında topun arxasınca qaçması təəccüblü deyil!

Zorana və Eloy 2023-cü ilin mart ayından bəri birlikdədirlər. O vaxtlar Rom MLS-də “Kolumbus Kryu” komandasının qapıçısı idi və görüşməyə başladıqdan bir neçə ay sonra Hollandiyaya gedib və orada “Vitess” ilə müqavilə imzalayıb və 2017-ci ilə qədər orada oynayıb. Zorana Eloyu üçüncü ildönümü münasibətilə təbrik edərək "Ən böyük xoşbəxtliyim!" yazıb.

2025-ci ilin may ayında artıq "Serkl Bryüqqe"də oynayan qapıçı sevgilisinə evlilik təklifi edib. Təxmin etdiyiniz kimi, o, "Bəli!" deyib. 

Zorana modeldir. Onun təxminən 800.000 “Instagram” izləyicisi var. Bu yaxınlara qədər bu, Romdan dəfələrlə çox idi, lakin Ekvadora qarşı möhtəşəm oyunundan sonra qapıçı bu sosial şəbəkədə bir milyondan çox izləyici toplayıb. Lakin bu fakt Zorananı narahat etmir. Axı o, 2026-cı il Dünya çempionatının və bütün ölkəsinin qəhrəmanı ilə evlənəcək!


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar