Zlatan İbrahimoviç yenidən İsveç millisinə dəvət alıb.
Apasport.az saytının məlumatına görə, İtaliyanın “Milan” klubunun 39 yaşlı hücumçusunun adı yığmanın ilkin heyətinə daxil edilib.
O, skandinaviyalıların DÇ-2022-nin seçmə mərhələsinin bu ay keçiriləcək Gürcüstan və Kosovo ilə oyunları, həmçinin Estoniya ilə yoxlama görüşündə forma geyinə bilər. Lakin onun millinin düşərgəsinə yollanması futbolçunun durumundan asılı olacaq. Fevralın 28-də keçirilən “Roma” ilə görüşdə (2:1) zədələnən Zlatan tam bərpa olunsa, yenidən yığmanın sıralarında olacaq.
Qeyd edək ki, 2001-ci ildən yığmada çıxış edən İbrahimoviç 116 matçda 62 qol vuraraq komandanın ən yaxşı bombardiridir.