Zidan “Real”a  bu şərtlə   qayıda bilər
10 fevral 2023 19:36 (UTC +04:00)

Zidan “Real”a bu şərtlə qayıda bilər

Fransalı baş məşqçi Zinəddin Zidan "Real"a qayıda bilər.

Lent.az bildirir ki, İspaniya mətbuatının yazdığına görə, klub “Lion”un hücumçusu Rayan Şerki ilə müqavilə imzalayacağı təqdirdə Zidan “Kral klubu”nun rəhbərliyinə qayıtmağa razılaşıb.

19 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Fransa klubunun heyətində 22 oyunda 3 qol vurub.

Əlavə edək ki, “Real” La Liqanın turnir cədvəlində ikinci sıradadir, “Barselona”dan 8 xal geri qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4191
avatar

Oxşar yazılar