“Zenit” onun üçün 5 milyon təklif etdi:  Rədd cavabı   aldı
12 iyun 2023 13:37 (UTC +04:00)

“Zenit” onun üçün 5 milyon təklif etdi: Rədd cavabı aldı

 "Zenit" müdafiəçi Abdulkerim Bardakçının transferi üçün "Qalatasaray"a 5 milyon avro təklif etsə də, rədd cavabı alıb.

Lent.az bildirir ki, bu barədə "Sabah" xəbər verir. 

“Qalatasaray” 2022-ci ilin yayında "Konyaspor"dan Bardakçını 2,8 milyon avroya alıb.

Şayiələrə görə, təkcə “Qalatasaray” yox, Bardakçı özü də “Zenit”in təklifindən imtina edib.

28 yaşlı Bardakçı 2022/23 mövsümündə "Qalatasaray"ın heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317
avatar

Oxşar yazılar