“Yuventus”un baş məşqçi postuna  daha bir namizəd
22 sentyabr 2022 13:49 (UTC +04:00)

“Yuventus”un baş məşqçi postuna daha bir namizəd

“Yuventus”un baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Massimiliano Alleqrini istefaya göndərməyi planlaşdıran turinlilər Antonio Kontenin qayıdışında maraqlıdır.

Klub rəhbərliyi hazırda “Tottenhem”i çalışdıran mütəxəssisin komandanı indiki durumdan çıxaracağına ümid edir. Liderlər qrupundan uzaq düşən “Yuventus” vəziyyətdən çıxış yolunu məşqçi dəyişikliyindən görür.

Qeyd edək ki, Konte 2011-14-cü illərdə “Yuventus”a rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Oxşar yazılar