"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo bu qış İtaliya klubunu tərk edə bilər.
Lent.az Apasport.az-a istinadla xəbər verir ki, "Yuventus"un rəhbərliyi yarımmüdafiəçini təxminən 15 milyon avroya buraxmağa razılaşıb.
27 yaşlı Fransa millisi ilə son dünya ikincisi olmuş Adrien Rabyo 2019-cu ilin iyulundan "Yuventus"da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 145 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2023-cü ilin iyununda başa çatır.